Əlil uşaqlar üçün regional reabilitasiya müəssisələri yaradılacaq

Əlil uşaqlar üçün regional reabilitasiya müəssisələri yaradılacaq
10:29 8 Yanvar 2015
136 Sosial
Ölkə mətbuatı
A- A+

Uşaqlar üçün regional tibbi-sosial reabilitasiya  müəssisələri təşkil ediləcək. Lent.az-ın məlumatına görə, bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramında öz əksini tapıb. Sənəddə qeyd olunur ki, icma əsaslı sosial reabilitasiya xidmətləri yaradılacaq. İşlərin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə, Maliyyə, İqtisadiyyat və Sənaye nazirliklərinə tapşırılıb.

 

Bundan başqa, Naxçıvan, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Lənkəran şəhərlərində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların texniki reabilitasiya vasitələrinin təmiri üçün xüsusi emalatxanaların yaradılması da nəzərdə tutulub.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR