Azərbaycanın bütün yollarına hazırda qar yağır.Ötən gün baş verən yol qəzaları nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə, qar yağmasına baxmayaraq, respublikanın avtomobil yollarında buzlaşma hələlik qeydə alınmayıb.
K.Əliyev Muğanlı-İsmayıllı yolunda qar və güclü külək olduğunu bildirib: “Göstərilən istiqamətdə yolun hər an buzlaşa biləcəyini nəzərə alaraq o istiqamətdə hərəkət edən sürücülərə diqqətli olmağı və hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edirik”.
Şöbə rəisi ötən gün ölkə ərazisində 12 yol qəzası qeydə alındığını bildirib. Nəticədə 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
Milli.Az