Bakının mərkəzində yol qəzası baş verib

Bakının mərkəzində yol qəzası baş verib
10:38 8 Yanvar 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakının mərkəzi yollarından birində qəza baş verib.

Saat 10:15 radələrində Bakının mərkəzi yollarından birində - Neftçilər prospektində, Qız Qalası yaxınlığında yol qəzası baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Toyota Prado" və "KİA" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.

Hazırda yol polisi prospekt boyu tıxacın yaranmaması üçün müvafiq tədbirlər həyata keçirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2350886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR