367 əlil peşə hazırlığına cəlb edilib

367 əlil peşə hazırlığına cəlb edilib
10:39 8 Yanvar 2015
135 Sosial
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə ötən il bu təbəqədən olan 367 nəfər şəxsi peşə hazırlığına cəlb edib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, həmin şəxslərdən 272 nəfəri ƏƏSMN-nin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində  dərzi, toxucu, xalçaçı, aşbaz, kompyuter istifadəçisi, bərbər və s. peşələr üzrə təlim keçiblər. Mərkəzdə peşə təlimində olduqları müddətdə onlar eyni zamanda dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin ediliblər.

Qalan 95 nəfər isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən təşkil edilən peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan gözdən əlilliyi olan 60 nəfər şəxs üçün  brayl sistemi üzrə xüsusi peşə təlimi kursları təşkil olunub. Peşə reabilitasiyasına cəlb olunan və təlimi uğurla başa vuran  əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün məqsədyönlü işlər aparılıb.

Xatırladaq ki, ötən il DMX ümumilikdə 3786 nəfər vətəndaşı peşə hazırlığı kurslarına cəlb edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189721

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR