Ermənilər niyə qaçır?

Ermənilər niyə qaçır?
10:41 8 Yanvar 2015
130 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın çox kəndlərində yalnız icra başçısı ilə arvadı qalıb, ayrı adam yoxdur.

ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistan parlamentinin “Orinats yerkir” partiyasından olan deputatı Ovanes Markaryan bildirib.

Onun sözlərinə görə, belə kəndlər yalnız Azərbaycanla sərhəddə deyil, Ermənistanın bütün vilayətlərində yerləşir. Markaryan bildirib ki, həmin kəndlər əsasən vilayət mərkəzlərindən uzaqda, təxminən bir saatlıq yolda yerləşir. Markaryan həmin kəndlərə yardım etməyə çağırıb.

Ermənistan müstəqillik qazandıqdan sonra rayonlar ləğv edildi və 5-6 rayonun kəndləri bir vilayət mərkəzinə bağlandı. Yəni kənd əhalisi istənilən bir sənəd üçün təxminən 100 kilometr aralıda yerləşən vilayət mərkəzlərinə getməyə məcbur oldular ki, kənd avtobuslarının ləğv edildiyi bir şəraitdə bu çox çətin oldu. Həmçinin kənd camaatı məhsullarını satmağa bazar tapmadı. Yoxsulluq üzündən əhali kəndləri tərk etməyə başladı. Ermənilər əsasən Rusiyaya üz tutdular.

Erməniləri kəndlərdən qaçıran başqa səbəb həm də Qarabağ müharibəsinin yenidən başlama ehtimalıdır. Əksər ermənilər genetik yaddaşa əsaslanaraq həmin müharibədə böyük xaosun yaranacağını və ermənilərin İrəvan torpaqlarını bir dəfəlik tərk edəcəyini ehtimal edirlər. Buna görə də bəri başdan başlarına çarə qılırlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR