Tovuzda 9 yaşlı uşağı avtomobil vurub

Tovuzda 9 yaşlı uşağı avtomobil vurub
21:17 3 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 3 iyun. REPORT.AZ/ Tovuz rayonunda 9 yaşlı piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.
"Report" Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.
Kənd sakini, 2008-ci il təvəllüdlü Yüsibov Fuad Elnur oğlu oyun oynayarkən yolu keçmək istəyib və bu zaman onu avtomobil vurub. Yaralı yaxınlarının köməyi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlər tərəfindən tibbi yardım göstərililən uşağın vəziyyəti orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-9-yasli-usagi-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı