Putin: "NATO-dakı dövlətlər ancaq vassallardır"

Putin: "NATO-dakı dövlətlər ancaq vassallardır"
21:32 3 İyun 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının prezidenti Vladimir Putin NATO-nu ABŞ-ın xarici siyasətinin aləti adlandırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, dövlət başçısının rejissor Oliver Stouna müsahibəsini "Politico" nəşri yayıb.
Putin bildirib ki, alyansdakı dövlətlər ABŞ-ın vassallarıdır. "Bu gün o, (NATO - "Report") ABŞ-ın xarici siyasət alətidir. Orada müttəfiqlər yoxdur, ancaq vassallar var" - deyə prezident qeyd edib.
Kreml rəhbəri bununla yanaşı vurğulayıb ki, hansısa ölkə NATO üzvü olduqda o, alyansın iri ölkəsi - lideri ABŞ-ın təzyiqlərinə çətinliklə müqavimət göstərə bilir.
"Orada hər şey çox asanlıqla peyda olur. Nə lazımdırsa - raket əleyhinə sistemlər, yeni bazalar və əgər tələb olunsa, yeni zərbə kompleksləri" - deyə Rusiya lideri əlavə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/550983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR