Milli komandamız dünya çempionatına vəsiqə qazandı

Milli komandamız dünya çempionatına vəsiqə qazandı
21:47 3 İyun 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunan E qrupunda son turun oyunları keçirilib.


Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandası Yaponiyada baş tutacaq mundiala yeganə vəsiqə uğrunda görüşdə Hollandiya ilə üz-üzə gəlib. Qarşılaşma milli komandamızın qələbəsi ilə başa çatıb - 3:0. 


Azərbaycan – Hollandiya - 3:0 (30:28, 25:22, 25:13). Azərbaycan millisi bu qələbə sayəsində tarixində 4-cü dəfə dünya çempionatına vəsiqə qazanıb. 


Qeyd edək ki, növbəti dünya çempionatı 2018-ci ildə Yaponiyada keçiriləcək. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-milli-komandamz-dunya-cempionatna-vsiq-qazand-t58510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR