"Kiminsə sözüylə oturub-durmuram" - Faiq Ağayev

"Kiminsə sözüylə oturub-durmuram" - Faiq Ağayev
21:57 3 İyun 2017
95 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Faiq Ağayev şou-biznesin "mənəm-mənəm" deyən sakinlərinə ismarış yollayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni şou məkanında hegemonluq dövrünün sona çatdığını deyib:

"Nə hegemonlar var, nə idarə edənlər. Sadəcə məsləkdaşlar, əməkdaşlar var. Bir-iki nəfər belə bir istəkdə bulunub, amma nəticə verməyib. Heç kim nə Faiq Ağayevin, nə digər müğənninin oksigenini bağlaya bilər. Belə bir şey mümkün deyil. Mən kiminsə sözüylə oturub-durmuram. Ağlım, tamaşaçının istəyi və müasir musiqi dili...".

Xalq artisti şou-biznesi idarə edənlərdən olmadığını da deyib:
 
"Nə kiməsə qadağa qoymuşam, nə də kiminsə "xaç atası" olmuşam ki, buyur, meydan sənindir. Belə bir şey yoxdur. Maraqlı cavan görəndə çalışıram kömək edim. Ancaq illər keçdikcə insanda inqilabçı olmaq istəyi azalır. Qorxu yaranır ki, nəsə təzə bir şey edərəm, bu günədək etdiklərimi zərbə altında qoyar".
 
Faiq Ağayev yaxşı mahnı yaza bilən tanınmayanların bəstəsini də oxuya biləcəyini deyib:

"İnstaqramda, Facebookda mənə nə qədər mahnılar yazır. İş orasındadır ki, bunu həvəskarlar, qeyri-peşəkarlar yazır. Əgər yaxşı mahnı yazdığına güvənən varsa, heç bir çəpər filan yoxdur. Rahatlıqla mənimlə əlaqə yarada bilər. Kiminsə ürəyindən mənə mahnı təqdim etmək istəyirsə, çəkinmədən buyursun".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/550987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR