"Aztelekom" bir binanı işıqsız qoydu

"Aztelekom" bir binanı işıqsız qoydu
10:42 8 Yanvar 2015
155 Sosial
Ölkə mətbuatı
A- A+

Sahil qəsəbəsindəki Emin Quliyev 42 ünvanındakı binanın sakinləri ciddi problemlə üzləşiblər. Bütün bina elektriksiz qalıb.

Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib.

Onun sözlərinə görə, problemi "Aztelekom" İstehsalat Birliyinin işçiləri yaradıblar. Təmir işləri zamanı elektrik xətlərini qırıblar. Sakinlər "Aztelekom"a müraciət etsələr də, onların problemlərini həll edən olmayıb. Halbuki, qanunun tələbinə əsasən, elektrik xətlərini məhz həmin qurum təmir etməlidi idi.

Sakinlər "Azərenerji"yə müraciət etmək məcburiyyətində qalıblar.

Saytın əməkdaşı "Azərenerji" ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, həmin bina onların balansında deyil.

"Aztelekom"-un direktor müavini Mehman Həsənov isə bildirib ki, məsələ barədə məlumatlı deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR