Bakı. 3 iyun. REPORT.AZ/ İordaniyada, Suriya ilə sərhəddə 3 silahlı şəxs motosikletlə hərbçilərin mövqeyinə hücum edib.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Rukban yaxınlığında, on minlərlər suriyalı qaçqının yaşadığı yerdə baş verib. Atışma zamanı silahlılar öldürülüb.
İordaniyanın "Hala Akhbar" saytının məlumatına görə, atışma zamanı həmçinin ordunun bir əsgəri də yüngül yaralanıb.
İordaniya hökuməti hesab edir ki, Rukbanda terrorçular yaşayır.