Tovuzda 9 yaşlı oğlanı avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Kənd sakini 2008-ci il təvəllüdlü Yusifov Fuad Elnur oğlu yolu keçərkən “Niva” markalı avtomobillə vurulub. Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.