Sevgi və gözəllik duası deyilən bir şey varmı?

Sevgi və gözəllik duası deyilən bir şey varmı?
22:17 3 İyun 2017
285 Ölkə
Ölkə mətbuatı
A- A+

İslamda sevgi və ya gözəllik üçün xüsusi bir dua növü yoxdur. Bəzi kommersiya məqsədi güdən insanlar camaatın dini savadsızlığından istifadə edərək dinimizdə heç bir əsası olmayan zikr və duaları yayırlar.

Milli.Az zikr.az-a istinadən bildirir ki, Qədr duası dedikdə Qədr gecəsi edilən duanı nəzərdə tutursunuzsa, o gecədə edilən xüsusi bir dua vardır. Qədr gecəsi haqda Uca Allah buyurur: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur!" (əl-Qadr, 1-5).
O gecədə Allaha ibadət etmək, yaxşı işlər görmək min ayda edilən əməllərdən daha xeyirlidir. Həmçinin, Qədr gecəsinin üstünlüyü, o gecəni ibadətlə keçirənin keçmiş günahlarının bağışlanmasıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim Qədr gecəsini imanla və mükafatını Allahdan umaraq ibadət edərsə, keçmiş günahları bağışlanar". (əl-Buxari, 35).
Qədr gecəsi Ramazan ayının axır on gecəsinin tək gecələrindən biridir. Aişə (Allah ondan razı olsun) deyir: "Mən dedim: "Ey Allahın Elçisi, de görüm, hansı gecənin Qədr gecəsi olduğunu bilsəm, nə deyim?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "De: "Allahım, Sən Bağışlayan, Səxavətlisən və bağışlamağı sevirsən, məni bağışla! (Allahummə innəkə afuvvun kərimun tuhibbul-afva fə'fu-anni)". (ət-Tirmizi, 3513).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/550323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR