Bu gün motosikleti ilə dəhşətli qəzaya düşən və hadisə yerindəcə keçinən vəkil Toğrul Mirzəzadə bir neçə ildir moto istifadə edirmiş.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, vəkilin feysbuk profilində yerləşdirdiyi şəkillərdən məlum olur ki, o, motosiklet vəvəskarıdır və illərdir, bu minik vasitəsindən istifadə edir. Fotolardan məlum olur ki, motosiklet həvəskarlarından ibarət çevrəsi ilə müxtəlif rayonlara da səfər edən vəkil bu nəqliyyat vasitəsinə xüsusi sevgisi olub.
Bu sevgi isə bu gün təəssüf ki, onun ölümünə səbəb olub. Vəkilin motosikleti ilə çəkilmiş şəkillərini təqdim edirik.
Allah rəhmət eləsin.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində