Ağstafa sakini ağacdan yıxılaraq ağır xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xətai kənd sakini 1992-ci il təvəllüdlü Musayev Famil ehtiyatsızlıq nəticəsində çıxdığı meyvə ağacından yerə yıxılıb. Ağır xəsarətlər alan F. Musayev Gəncədə olan xəstəxanaların birinə aparılıb.