Ucuz istirahət etməyin yolları - Açıqlama

Ucuz istirahət etməyin yolları - Açıqlama
23:22 3 İyun 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

İstirahətə yollanan insan adətən, 1-2 günlük deyil, ən azı bir həftə, on gün dincəlmək istəyir. Bu müddətdə tətilin sərfəli başa gəlməsi üçün həm zona olaraq, həm otel olaraq ucuz yerin seçilməsi mütləqdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

O, Bakı şəhərində də ucuz istirahətin mümkünlüyünü qeyd edib, eyni zamanda əlavə edib ki, Bakıya xarici qonaqların, iş dalınca gələnlərin çox olması səbəbindən yerli əhalinin istirahəti üçün sərfəli qiymətə otel tapmaq çətin olur.

Müzəffər Ağakərimov yerli əhalinin uyğun qiymətə istirahəti üçün bu təklifləri verib:

"Yayda istirahət üçün əsasən bölgələr seçilir. Rayonlarda istirahət üçün ucuz, orta və bahalı yerlər tapmaq mümkündür. İstirahətin yay aylarında ən ucuz başa gəldiyi yer isə mənə elə gəlir, şimal-şərq regionu, Nabran zonasıdır".

Ekspertin fikrincə, regionlarda aztəminatlı vətəndaşların, təqaüdçülərin və tələbələrin rahat istirahətini təmin etmək üçün mini-sahibkarlara, 1-2 ulduzlu otellərə, hostellərə ehtiyac var: "Ucuz otellər nə qədər çox olarsa, kütləvi turizm o qədər yaxşı inkişaf edər".

Müzəffər Ağakərimov xariclə müqayisə edərək Türkiyədə, İranda, Rusiyada və başqa bu kimi ölkələrdə ucuz otellərin kifayət qədər çox olduğunu bildirib.

Müşavir son illər əhalinin əvvəlki kimi xaricə səfər etmədiyini, istirahət üçün ölkədaxili turizmə üstünlük verdiyini vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR