Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
23:52 3 İyun 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 3 iyun. REPORT.AZ/ Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində baş verib.
Şəxsiyyəti hələlik məlum olmayan piyada yolu keçmək istəyən zaman "Range Rover" markalı avtomobil tərəfindən vurulub. Ağır xəsarət almış piyada hadisə yerindəcə keçinib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-piyadani-avtomobil-vuraraq-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR