“Qəbələ”nin Avstriya toplanışı çərçivəsindəki proqramında dəyişiklik olub. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar" əvvəldən planlaşdırdığı kimi, iyunun 19-na Moskva “Lokomotiv”i ilə yoxlama oyunu keçirə bilməyəcək. Rusiya klubunun rəhbərliyindəki dəyişiklik təmsilçimizi başqa rəqib axtarmağa sövq edib.
Qəbələlilər Bolqarıstan “Botev”iylə razılığa gəlsə də, bu komandayla oyun keçirilməyə bilər. Səbəb təmsilçimizin daha güclü komandayla qarşılaşmaq istəyidi. Roman Qriqorçuk daha güclü sınaqçı-rəqib tapmayacaqları halda, yetirmələrini bolqarlara qarşı yoxlayacaq.
Bu arada, "Qəbələ"nin Avstriya toplanışındakı ilk rəqibinin kimliyinə də aydınlıq gəlib. Bu, Rusiyanın “Terek” klubudu. Çeçenistan təmsilçisiylə oyun iyunun 15-də baş tutacaq.
“Qırmızı-qaralar”ın iyunun 22-dəki matçına gəlincə, bu, böyük ehtimalla, Rumıniya “Universitatya”sı olacaq.
Fanat.Az