İtaliyada Azərbaycan borusuna qarşı növbəti təxribat - FOTO

İtaliyada Azərbaycan borusuna qarşı növbəti təxribat - FOTO
23:57 3 İyun 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

İtaliyanın Leççe şəhərində şənbə günü, iyunun 3-də Azərbaycandan Avropaya qaz kəmərinin çəkilişinə qarşı daha bir yürüş keçirilib. TAP əleyhinə etiraz aksiyasına layihənin həyata keçiriləcəyi Melendunyo şəhərinin meri Marko Poti rəhbərlik edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, məlumatı "Republicca" nəşri yayıb.

Şəhərin küçələrində yerləşdirilmiş hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların "Trans Adriatic Pipeline"nın inzibati binasına qədər hərəkətlərinin qarşısını alıb. Ümumilikdə, aksiyada təxminən 500 nəfər iştirak edib. Nümayiş San Onorzo meydanında mitinqlə başa çatıb.

Qeyd edək ki, TAP əleyhinə nümayişlər mart ayının ortalarında konsorsiumun çoxillik zeytun ağaclarının qaz borusunun keçəcəyi Salento regionundakı San-Foka rayonundan köçürülməsinə başlamasından sonra start götürüb. ABŞ hökuməti İtaliya hakimiyyətini xəbərdar edib ki, "No TAP" komitəsinə rəhbərlik edən, İtaliya parlamentindəki yerlərin 22%-nə sahib "Beş ulduz" hərəkatının lideri, aktyor və bloger Beppe Qrillo Rusiya ilə bağlıdır.

Xatırladaq ki, mart ayının sonunda İtaliyanın Dövlər Şurası TAP-ın tikintisinə icazə verib, bu isə o deməkdir ki, yerli hakimiyyətlərin mövqeyi nəzərə alınmadan Azərbaycandan təbii qazı İtaliyaya daşıyacaq boru kəməri tikilməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/551008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR