Fransanın “Total” neft-qaz şirkətinin rəhbəri Patrik Puyanne neftin cari ilin sonunadək bahalaşacağını gözlədiyini bildirib.
Bu barədə APA RNS-ə istinadən xəbər verir.
“Qiymətlər qalxmalıdır”, - deyə Patrik Puyanne müvafiq suala cavabında bildirib.
O qeyd edib ki, neft hasilatının həcminin məhdudlaşdırılmasına dair sazişin əldə olunması və müddətinin uzadılması, şübhəsiz” bazar üçün müsbət amildir.