London körpüsündə baş verənlərlə bağlı RƏSMİ AÇIQLAMA

London körpüsündə baş verənlərlə bağlı RƏSMİ AÇIQLAMA
03:33 4 İyun 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

London polisi paytaxtda baş verən ardıcıl 3 insidentlə bağlı açıqlama yayıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, şənbə günü London-Bric körpüsündə mikroavtobus piyadaları vurub.

“Üç fərqli insident baş verib. Xəsarət alanlar var. Hələ ki, hadisələrin terror aktı olduğu dəqiqləşməyib. Araşdırmalar davam edir”, - deyə London polisinin açıqlamasında deyilir.

Xatırladaq ki, körpüdə baş verən insidentdən başqa Boroda bıçaqla silahlanmış şəxs bazarda insanlara hücum çəkib. Daha bir insident isə Voksholl rayonunda qeydə alınıb.

Pərviz


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR