Londonda daha iki silahlı insident baş verib

Londonda daha iki silahlı insident baş verib
04:02 4 İyun 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 iyun. REPORT.AZ/ Britaniyanın paytaxtı London şəhərində sürücünün mikroavtobusu insanların üzərinə sürdüyü London-Bridc körpüsünün yaxınlığındakı restoranda daha iki silahlı insident baş verib.
"Report" xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Xəbərdə bildirilir ki, restoranda naməlum şəxs bıçaqla insanlara hücum edib. Nəticədə bir neçə nəfər xəsarət alıb.
Digər KİV orqanları isə hadisənin "Boro-market" bazarında baş verdiyini bildiriblər.
Xəsarət alanlar restorandan çıxarılıb.
London polisi "Twitter"də daha bir insidentin baş verməsi haqda qısa xəbər yayıb. Xəbərdə bildirilir ki, hadisə paytaxtın Vokshol rayonu ərazisində qeydə alınıb.
Hələlik təfərrüatlar barədə məlumat verilmir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/londonda-daha-iki-silahli-insident-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR