Londonda bir gecədə üç hücum: ikisi terror

Londonda bir gecədə üç hücum: ikisi terror
04:54 4 İyun 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın paytaxtı Londonda naməlum şəxslər tərəfindən üç ayrı-ayrı hücum törədib. İnsidentlər nəticəsində xəsarət alanlar var.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland Yardın yüksək vəzifəli nümayəndəsi bildirib.

 

“Üç müxtəlif insident törədilib, xəsarət alanlar var. Terror fəallığı istisna olunmur. Hadisələr araşdırılır”, - deyə mənbə  bildirib.  

 

Məlumata görə, “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb, nəticədə 20-dək piyada xəsarət alıb.

 

Londonun Boro rayonunda bıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib.  

 

Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs insanlara hücum edərək bıçaqla xəsarətlər yetirib.  

 

“Sun” və “Telegraph” nəşrləri bildirir ki, bıçaqla silahlanmış şəxs bundan əvvəl insident baş verdiyi “London-Bric” körpüsünün yaxınlığında yerləşən “Tito's” restoranına  soxularaq insanlara xəsarətlər yetirməyə başlayıb. “Sun” qəzeti şahidlərə istinadən hücum nəticəsində ölənlərin olduğunu iddia edir.  

 

Qeyd edək ki, polis “London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin  terror aktı olduğunu rəsmi təsdiqləyib. Polis Voksholl rayonundakı insidentin onlarla əlaqəli olmadığını iddia edir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR