"Telefonunuzu səssizə qoyun, gizlənin" - Londonda bir gecədə 3 terror: ölənlər var

"Telefonunuzu səssizə qoyun, gizlənin" - Londonda bir gecədə 3 terror: ölənlər var
08:17 4 İyun 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərənin paytaxtı London ötən gecə ard-arda teror hücumu ilə sarsılıb. 

Milli.Az bildirir ki, ilk olaraq Londonun mərkəzindəki London Körpüsünə ağ mikroavtobusla gələn terrorçu maşını saatda 80 kilometr sürətlə insan kütləsinin üzərinə sürüb. Yerli medianın məlumatına görə, burada ən azı 6 nəfər yaralanıb. Şahidlərin dediklərinə görə, yaralı sayı ən azı 20 olub. Buna səbəb isə terrorçunun dinc sakinlərə silahdan atəş açdığı və bıçaqla hücum etdiyi göstərilir. 

Çox yaxın bir ərazidə ikinci hücum 

Bu olaydan dərhal sonra, körpünün 3 kilometrliyindəki "Boroux Bazar"ında yeni bir hücum olub. İki nəfərin bir restorana girərək müştərilərə bıçaqla hücum etdiyi və ən azı iki şəxsin öldüyü bildirilir. Polis hadisə yerinə gəlsə də, cinayətkarları yaxalamaq mümkün olmayıb. Polis açıqlamasında silahlı olan 3 şəxsin axtarışına başlanıldığını deyib. 

Üçüncü HÜCUM

Bir gecədə Londonda ard-arda iki hücum sonrası bir qədər uzaqda növbəti terror xəbəri gəlib. London polisi tvitter hesabından etdiyi açıqlamada:"Əməkdaşlarımız indi də Vauxholl ərazisində baş verən başqa bir hadisə ilə maraqlanır",- xəbərini verib. Ancaq bu xəbərdən qısa zaman sonra vəziyyətin sakitləşdiyi, Vauxholl metrostansiyasının açıldığını deyiblər. 

Yaşanan olayların terror olduğu iddiasına görə, Londonda metrolar bağlanıb. Şəhər sakinlərinə körpü və digər hücum baş verən ərazilərə yaxınlaşmamaqları tövsiyyə edilib. 

Polis tvitterdən 3 maddəlik bir xəbərdarlıq yayımlayaraq, vətəndaşlara:" Qaçın! Təhlükəsiz bir yerə gedin! Təhlükəsiz bir yerə gedə bilmirsinizsə, gizlənin. Telefonlarınızı səssizə qoyun" , - müraciət edib.

İngiltərə baş nazirliyindən edilən açıqlamada Tereza Meyin təhlükəsizlik qüvvələri ilə birbaşa təmasda olduğu və hadisələrin detalları ilə bağlı məlumatlandırıldığı deyilib. Bazar ertəsi geniş bir mətbuat konfransı keçirəcəyini deyən Meyin, hadisəni terror hücumu olaraq dəyərləndirdiyi də açıqlanıb. 

Təhməz Təkin

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR