Yaponiyada təyyarə qəzaya uğrayıb: ölənlər var

Yaponiyada təyyarə qəzaya uğrayıb: ölənlər var
08:42 4 İyun 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 iyun. REPORT.AZ/ Yaponiyada təyyarə qəzaya uğrayıb.
"Report"un məlumatına görə, bu barədə "TASS" Yaponiyanın "NHK" telekanalına istinadən xəbər verib.
Belə ki, "Cessna-172" təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. O, Maçumoto şəhərindəndəki Toyama hava limanından səmaya qalxaraq təlim uçuşu həyata keçirirmiş.
Xilasedicilər qəzaya uğramış təyyarəni iyunun 4-də səhərə yaxın qarlı dağın ətəklərində aşkar edə biliblər.
Təyyarənin uğraması və yaralıların vəziyyəti barədə polisə məlumatı onun göyərtəsində olan şəxslərdən biri verib. Onun sözlərinə görə, iki nəfər huşsuz vəziyyətdə olub. Lakin bir gün sonra təyyarənin göyərtəsində olanların hamısı ölmüş vəziyyətdə tapılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiyada-teyyare-qezaya-ugrayib-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR