Dövlət qulluğunun xüsusi növünə aid sahələrin sayı artırıldı

Dövlət qulluğunun xüsusi növünə aid sahələrin sayı artırıldı
09:12 4 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dövlət qulluğunun xüsusi növünə aid olan sahələrin sayı artırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna yeni əlavə edilib.

Yeni layihəyə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də dövlət qulluğunun xüsusi növü sayılacaq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Prezidentinin 2012-ci il 13 fevral tarixli fərmanı ilə dövlət qulluğunun xüsusi növü kimi yaradılıb.

Bu dəyişiklik həmin Xidmətin "Dövlət qulluğu haqqında" qanunda təsbit olunmuş dövlət qulluğunun xüsusi növü olan orqanların sırasına əlavə edilməsi zərurəti yarandığından edilib.

Qanun layihəsi Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında təsdiq edilib.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR