Londondakı hücumlarda 6 nəfər ölüb, 30 nəfərin xəsarət aldığı güman edilir.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" qəzeti məlumat yayıb.
Bildirilir ki, hücumda 5 nəfər iştirak edib. Şahidlərin sözlərinə görə, onlardan 2-i polis tərəfindən öldürülüb. Daha 3 nəfər isə axtarılır. Milli Səhiyyə Xidmətinin məlumatına görə, xəstəxanalara 30 nəfər yerləşdirilib.
Həmçinin qeyd olunur ki, bir qrup terrorçu Londonun mərkəzindəki pivəxanalardan birinə daxil olmağa cəhd edib, lakin müəssisənin əməkdaşları qapıları onların üzünə bağlayıblar.
Qeyd edək ki, polis London körpüsündə və bazardakı insidenti terror aktları edib. (report)