ABŞ Rusiya sərhədinə nüvə silahı daşıya bilən təyyarə göndərdi

ABŞ Rusiya sərhədinə nüvə silahı daşıya bilən təyyarə göndərdi
09:37 4 İyun 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Rusiya sərhədində reallaşan NATO təliminə qatılmaq üçün nüvə silahı daşıya bilən B-52 bombardmançı təyyarələrini göndərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ABŞ Hava Qüvvələrinin Rusiya sərhəd bölgəsində həyata keçirilən NATO təliminə qatılmaq üçün nüvə silahı daşıya bilən bir neçə B-52 strateji bombardmançı təyyarəsini Avropaya köçürdüyünü açıqlanıb.

Xəbərdə bombardman təyyarələrinin və 800 hərbi qulluqçunun Avropada iyunda NATO müttəfiqlərinin iştirakı ilə keçiriləcək təlimə dəstək vermək üçün Böyük Britaniyadakı bir hərbi hava bazasına yerləşdiriləcəkləri deyilib.

Təlimlərin Baltik dənizində, Arktikaya yaxın bölgədə və Rusiya sərhəd bölgələrində ABŞ-a müttəfiq bir neçə NATO ölkəsinin iştirakı ilə keçiriləcəyi bildirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR