x
Loading...

Rusiyada qətliam: dərnəkdə 8 nəfər öldürüldü

09:54 4 İyun 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Tver vilayətində “50 illik Oktyabr” bağçılıq dərnəyinin 8 üzvü güllələnərək öldürülüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən, Konakovsk rayonunun Redkino qəsəbəsində dərnəyə elektrik işləri görmək üçün çağırılmış elektriklə mübahisə olub.

 

Elektrik evə qayıdaraq silah götürüb və dərnəyə gələrək 6 kişi və 2 qadını güllələyib. 8 nəfəri qətlə yetirən şəxs saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276122

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR