Rusiyanın Tver vilayətində "50 illik Oktyabr" bağçılıq dərnəyinin 8 üzvü güllələnərək öldürülüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, Konakovsk rayonunun Redkino qəsəbəsində dərnəyə elektrik işləri görmək üçün çağırılmış elektriklə mübahisə olub.
Elektrik evə qayıdaraq silah götürüb və dərnəyə gələrək 6 kişi və 2 qadını güllələyib. 8 nəfəri qətlə yetirən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində