Quldurlar arasında toqquşmalar: 30 ÖLÜ

Quldurlar arasında toqquşmalar:  30 ÖLÜ
10:12 4 İyun 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikanın ayrı-ayrı ştatlarında quldurlar arasında baş vermiş toqquşmalarda azı 30 nəfər öldürülüb.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə hökumət orqanları xəbər yayıb.
Bildirilir ki, ən ağır cinayət Çiuaua ştatının Kuautemok şəhərində baş verib. Belə ki, əlində AK-47 avtomatı olan naməlum şəxs barlardan birinə daxil olaraq müştəriləri güllələyib. Yerli prokurorluğun verdiyi xəbərə görə, nəticədə 6 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.
Sinaloa ştatının İctimai Təhlükəsizlik Nazirliyinin məlumatına görə, daha 6 nəfər Quamuçil şəhərindəki toqquşmada öldürülüb. 

Bununla yanaşı, öldürülənlərin əynində zirehli gödəkcələr və hərbi dəbilqələr olub. Çox güman ki, atışma nəhəng "Sinaloa" kartelinin daxilində münasibətlərin aydınlaşdırılması nəticəsində meydana çıxıb.

Öz növbəsində Tamaulipas ştatının baş prokurorluğu da ştat ərazisində bir neçə toqquşmanın baş verdiyini, daha yeddi nəfərin öldürüldüyünü bildirib.  

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı