Qarabağ düzənliyində kəşfiyyat-qazıntı işlərinə başlanılıb

Qarabağ düzənliyində kəşfiyyat-qazıntı işlərinə başlanılıb
10:17 4 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyası tərəfindən Qarabağ düzənliyində və yeni qeydiyyata alınmış neolit və eneolit dövrü abidələrində kəşfiyyat-qazıntı işlərinə başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov bildirib ki, arxeoloji kəşfiyyat işləri əsasən Bərdə, Yevlax və Tərtər rayonları ərazisində aparılır. Sözügedən rayonlarda 26 marşrut üzrə 200-dən çox obyektin yoxlanıldığını deyən alim bildirib ki, tədqiqatlar zamanı müxtəlif dövrlərə aid onlarla yaşayış yeri və kurqanlar aşkar edilərək qeydiyyata alınıb.

Bundan əlavə, Bərdə rayonu ərazisində yerləşən Koramaltəpə, Buruqtəpə, Yastıtəpə, Soğanverdilər və Piyadalar kimi qədim yaşayış yerlərində topoqrafiq ölçmə işləri aparılıb, onların mədəni təbəqə yatımının qalınlığının və stratiqrafiyasının müəyyənləşdirilməsi üçün arxeoloji kəşfiyyat qazıntıları icra edilib. Aparılmış kəşfiyyat qazıntılarının nəticələri Qarabağın əkinçi-maldar əhaliyə məxsus yaşayış yerlərinin xronoloji, təsərrüfat və mədəni mənsubiyyətinə görə bölgüsünün öyrənilməsinə və bölgədə neolit dövrü abidələrinin aşkar edilməsinə yardımçı olacaq.

Eyni zamanda, ekspedisiya tərəfindən gələcəkdə Xaçınçay-Tərtərçay hövzəsində yerləşən neolit dövrü abidələrində geniş miqyaslı arxeoloji qazıntıların aparılması planlaşdırılır.

Qeyd edək ki, 2014-cü ildə ekspedisiya tərəfindən Bərdə rayonu ərazisindəki Xaçınçay hövzəsinin Əmirli və Xanərəb kəndləri arasında yerləşən qədim yatağı boyunca arxeoloji kəşfiyyat işləri aparılıb, 10 neolit və Leylatəpə mədəniyyətinə (eneolit dövrünə) aid yaşayış yeri aşkar edilərək qeydiyyata alınıb. Bu tədqiqatlar erkən əkinçi-maldar tayfaların Qarabağ ərazisində məskunlaşma arealının şimalda Xaçınçayla hüdudlanmadığını sübut edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR