Rusiya prezidenti ilə canlı yayımın vaxtı açıqlandı

Rusiya prezidenti ilə canlı yayımın vaxtı açıqlandı
10:32 4 İyun 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin bu il canlı yayımı iyunun 15-də keçirəcək.

Milli.Az report.az-a istinadən bildirir ki,  bu barədə Kremlin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

"15 iyun 2017-ci ildə Moskva vaxtı ilə 12:00-da Birinci, "Rossiya 1", "Rossiya 24" telekanalları və "Mayak", "Vesti FM", "Radio Rossii" radiostansiyalarında "Vladimir Putin ilə canlı yayım" illik xüsusi proqramı efirə gedəcək", - deyə məlumatda bildirilir.

"Klassnıy jurnal" uşaq jurnalı martın əvvəlindən gənc oxuculardan prezident üçün suallar toplamağa başlayıb. "Mənim prezidentə sualım!" aksiyası ardıcıl olaraq ikinci dəfədir keçirilir. 2016-cı ildə onun iştirakçılarından 5 nəfər dövlət başçısına öz sualını ünvanlaya bilib.

2017-ci ildə Putinlə keçiriləcək birbaşa bağlantı sayca 15-ci olacaq. Ötən dəfə o, aprelin 14-də baş tutmuşdu və 3 saat 38 dəqiqə davam etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR