Rusiyada 8 nəfər güllələnərək qətlə yetirilib

Rusiyada 8 nəfər güllələnərək qətlə yetirilib
10:37 4 İyun 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 iyun. REPORT.AZ/ Rusiyanın Tver vilayətində naməlum şəxs 8 nəfəri güllələyərək öldürüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
"Rusiya Federasiyası İstintaq Komitəsinin Tver vilayəti üzrə istintaq orqanları tərəfindən 8 nəfər – 2 qadın və 5 kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb", — deyə Petrenko bildirib.
Kütləvi qırğın Konakovski rayonunun Redkino qəsəbəsində, "50 let Oktyabrya" bağçılıq cəmiyyətində keçirilən tədbirlərdən birində məişət münaqişəsi zəminində qeydə alınıb. Münaqişə iştirakçılarından biri evindən silah gətirərək mübahisə etdiyi şəxsləri və şahidləri güllələyib.
Hazırda hücum edən şəxs saxlanılıb, yaxın vaxtlarda onunla istintaq hərəkətləri aparılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyada-8-nefer-gullelenerek-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR