Tanınmış yazar vəkilin düşdüyü qəzanın şahidi olub: "Mən çatanda sağ idi"

Tanınmış yazar vəkilin düşdüyü qəzanın şahidi olub: "Mən çatanda sağ idi"
11:03 4 İyun 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Şair-publisist Faiq Balabəyli dünən vəkil Toğrul Mirzəzadənin düşdüyü dəhşətli qəzanın şahidi olub.

Publika.az xəbər verir ki, Faiq Balabəyli gördüyü hadisə barədə sosial şəbəkədə yazıb. O bildirib ki, qəza yerinə çatanda T.Mirzəzadə hələ sağ imiş:

"Şair İlqar İlkinlə bir tədbirə qatıldıq. Sonra İlqar məni evə gətirdi. Yaşadığım ərazidə qəza olduğunu gördük. İlqara dedim ki, tıxaca düşərsən, burdan qayıt. Piyada hadisə yerinə getdim. Qonşu qadınlar dedi ki, bir motosiklet sürətlə "QazEL"in qarşısına keçib dönmək istədi və qəza baş verdi. Qonşuluqda yaşayan gənc bir oğlanın motosikletinə oxşatdım, dərhal qaçdım ora, bəstəboy, qara gödəkçədə, qara dəri əlcəkdə 30 yaşa yaxın bir gənc idi. Nəfəs alırdı. Dərhal təcili yardıma zəng etdim. Ətrafdakılar dedilər ki, artıq zəng olunub. Təcili yardım gəldikdə gənc artıq keçinmişdi. İndi bildim ki, dünyasını dəyişən insan tanınmış vəkil Toğrul Mirzəzadə imiş".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/201270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR