Transparan köynəkdə efirə çıxan Cavanşir Məmmədov ƏSƏBLƏŞDİ: "Açıq-saçıq şəkil çəkdirənlər..."

Transparan köynəkdə efirə çıxan Cavanşir Məmmədov ƏSƏBLƏŞDİ: "Açıq-saçıq şəkil çəkdirənlər..."
11:05 4 İyun 2017
169 Şou
Ölkə mətbuatı
A- A+

Cavanşir Məmmədov "Çıxış Yolu" verilişində geyindiyi transparan köynəyə görə haqqında danışanlara cavab verib.

Milli.Az xəbər verir ki, əməkdar artist açıqlamasında onu qınayanlara nə üçün bu cür geyimlə efirə çıxmasına aydınlıq gətirib:

"Həmin veriliş 1 iyunda çəkilib. Uşaqların bayramı olduğundan nəvəmi gəzməyə aparmışdım. Yolda mənə zəng edib verilişə dəvət etdilər. Mən də bu cür efirə çıxmağın uyğun olub-olmadığını soruşdum. Dedilər ki, normal geyimdir, "setka sviterdir", altından da "mayka" var. Geyimi dəyişməyə vaxt yox idi. Ona görə də o geyimdə efirə çıxdım. Müəyyən adamlar var ki, məndən yanıqlıdır, onlar da bu söhbətləri edir. 10 milyon əhalinin içərisində 100-300 nəfərin bəyənməməsi müsbət mənada yaxşı göstəricidir. Öz gözlərində tiri görməyənlər, başqa gözdə mil axtarır. Efirdə elə geyimlər görmüsünüz ki, heç bunun üzərinə gəlməyə də ehtiyac yoxdur. Mən hər zaman efirə səliqəli geyinmişəm. Bu dəfə ev paltarımda uşağı gəzməyə aparmışam, elə alınıb ki, efirə də bu geyimdə çıxmışam. Dünya dağılmayıb ki? Çimərlikdə açıq-saçıq şəkil çəkdirənlər gözə görünmür? Mən normal geyinə bilmərəm?"

Bir daha xatırladaq ki, C.Məmmədov bugünlərdə "Çıxış Yolu" verilişinə geyindiyi transparan köynəyi ilə gündəmə gəlmiş, insanlar tərəfindən qınaq obyektinə çevrilmişdi.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/551032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR