Tereza Meyin partiyası parlamentdə çoxluğu itirə bilər

Tereza Meyin partiyası parlamentdə çoxluğu itirə bilər
11:12 4 İyun 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada iyunun 8-də keçiriləcək növbədənkənar parlament seçkilərində mühafizəkarların 313 yer qazanacağı gözlənilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu cümə günü  "YouGov' sorğu şirkətinin keçirdiyi növbəti sorğunun nəticələri göstərib.  

Bu, baş nazir Tereza Meyin partiyasının son parlament seçkilərində qazandığı yerlərin sayından 18 yer azdır. 650 üzvü olan Böyük Britaniya parlamentində çoxluğa nail olmaq üçün ən azı 326 yer qazanmaq lazımdır. Sorğu leyboristlərin reytinqinin isə artdığını göstərir. Ötən seçkilərdə 257 mandat qazanmış leyboristlərin bu dəfə parlamentdə 261 yer qazanacağı proqnozlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR