"Maşın Şou"da gözlənilməz ayrılıq - Heç kim onun gedəcəyini bilmirdi

"Maşın Şou"da gözlənilməz ayrılıq - Heç kim onun gedəcəyini bilmirdi
11:19 4 İyun 2017
155 Digər
Ölkə mətbuatı
A- A+

“Maşın” realiti şousunda gözlənilməz anlar yaşanıb. Lent.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iştirakçılar tərəfindən seçilən rejissor Aqil M.Quliyev tamaşaçılara üz tutaraq yarışmada qalmaq istədiyini bildirib. O, qeyd edib ki, səs toplaya bilsə, həmkarı Kənan Mahmudovu (Kənan M.M) yarışmadan kənarlaşdıracaq.

 

Şou davam edən müddətdə iştirakçılar arasında anlaşılmazlıq yaranıb, onlar A. Quliyevin niyə belə addım atdığını başa düşmədiklərini bildiriblər. Oyunun sonuna yaxın Kənan M.M qəfildən əlini maşının üzərindən götürüb və yarışmanı bitirdiyini deyib.

 

Rejissor Aqil M. Quliyevdən başqa heç kimlə sağollaşmadan efiri tərk edib.

 

Aqil M. Quliyev isə tamaşaçılardan "qalsın" səsini toplaya bilib və yarışmada qalıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276131

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR