İtaliyada ÇL-nin final oyunu zamanı düşən basırıq nəticəsində 1000-dən çox insan xəsarət alıb

İtaliyada ÇL-nin final oyunu zamanı düşən basırıq nəticəsində 1000-dən çox insan xəsarət alıb
11:32 4 İyun 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 iyun. REPORT.AZ/ Şənbə günü axşam İtaliyanın Turin şəhərinin mərkəzi meydanında futbol üzrə Çempionlar Liqasının final oyununun kütləvi seyri zamanı 1000-dən çox insan xəsarət alıb.
"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, insanlar təşvişdən yaranan basabas nəticəsində xəsarət alıblar.
Meydanda yerli "Yuventus"la Madridin "Real" klubu arasında final oynunun canlı yayımını təqribən 30 min insan izləyib. İnsident matçın 64-cü dəqiqəsində, "Real"ın "Yuventus"a vurduğu 3-cü qoldan sonra qeydə alınıb. Xaos hələ də məlum olmayan səbəbdən yaranıb.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-taliyada-cl-nin-final-oyunu-zamani-dusen-basiriq-neticesinde-1000-den-cox-insan-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR