"Barcelona"nın yeni məşqçilər korpusu Arda Turanın xidmətlərinə ehtiyac duymur.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalonlar onu 41 milyon avroya satmağa hazırdır. "Galatasaray" sabiq kapitanını geri qaytarmaq istəsə də, göstərilən məbləğ "sarı qırmızlar" üçün əlçatmazdır. Türkiyəli yarımmüdafiəçiyə "Arsenal"ın da diqqət yetirdiyi bildirilir. Arda bir müddət öncə Londonda mənzil alıb və Britaniyada tez-tez olur. Ötən mövsüm 26 oyuna çıxan futbolçu 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində