Yay gəldikdə bir çoxları açıq ayaqqabı geyinməyə risk etmir. Buna səbəb isə dırnaqların baxımlı görünməməsi, ayaq dərisində və ya daband çatların olmasıdır.
Milli.Az axşam.az-a istinadən ayağa qulluq etməyin 6 sirrini təqdim edir:
Onları quru saxlayın
Ayaq təmizliyində edəcəyiniz ilk iş onları quru saxlamaqdır. Nəm ayaqlarda göbələk xəstəliyi yaranır. Təbii materiallardan olan ayaqqabı alın. Bir ayaqqabını üç-dörd gün dalbadal geyinməyin. Çimdikdən sonra ayaqlarınızı qurulayın.
Dırnaqlara düzgün qulluq edin
Dırnaqların düzgün olmayan forması onların pis uzanmasına səbəb olacaq. Bunun üçün dırnaqları dairə şəklində yox, düz kəsmək lazımdır. Onları çox da qısa kəsməyin. Bu, infeksiya düşməsinə səbəb ola bilər.
Sağlamlığa diqqət edin
Əgər dırnaqlarınızın uzanması problem yaradırsa, bu üsula əl atın: ayağınızı 15-20 dəqiqə isti suda saxlayın. Suya 1 xörək qaşığı soda əlavə edin. Dırnağınızın kənarını diş sapı və ya adi sapla astaca qaldırın. Zədələnən yerə spirt vurun.
Tez-tez vanna edin
Həftədə bir dəfə içərisinə soda, duz və efir yağı tökülmüş su ilə ayağınızı vanna edin.
Ayaqlarınızı masaj etməyi unutmayın
Yumşaldıcı krem çəkməyi unutmayın
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində