SOCAR-ın kəmərində qəza: 53 min abonentin qazı kəsildi

SOCAR-ın kəmərində qəza:  53 min abonentin qazı kəsildi
11:47 4 İyun 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam Gürcüstanda magistral qaz kəmərində baş vermiş qəza nəticəsində "SOCAR Georgia Gas" şirkətinin 53 min abonenti qazsız qalıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, qəza Acariyada baş verib, nəticədə Batumi şəhəri, habelə Xelvaçaursk bələdiyyəsi və Sarpi qəsəbəsi qazsız qalıb. Qəzanın su kəmərlərində aparılan təmir işləri zamanı baş verdiyi bildirilir. "SOCAR Georgia gas" şirkətinin Acariya üzrə nümayəndəsi deyib ki, təmir briqadası artıq qəzanın nəticələrini aradan qaldırmağa başlayıb və bu gün iyunun 4-də günün birinci yarısında qaz təchizatının qismən bərpa edilməsi planlaşdırılır

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/551041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR