Bu gecə Böyük Britaniyanın paytaxtı Londonda silsilə terror aktları törədilib. Əvvəlcə “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Ardınca Londonun Boro rayonunda bıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib.
Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs bıçaqla
insanlara hücum edib.
Polis “London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən
insidentlərin terror aktı olduğunu rəsmi təsdiqləyib.
Son məlumatlara görə, Londonda törədilən qanlı terror aktları
nəticəsində 6 nəfər ölüb, azı 30 nəfər yaralanıb. Bəzi KİV-lərdə
yaralıların sayının 50-ə çatdığı bildirilir.
Avropanı şoka salan terror olayına ilk reaksiyanı ABŞ prezidenti
Donald Tramp verib. O, terroru lənətləyərək britaniyalıların
yanında olduğunu bildirib.
Cebhe.info