Qaz kəmərində qəza: 53 min abonentin qazı kəsildi

Qaz kəmərində qəza: 53 min abonentin qazı kəsildi
12:18 4 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstanda magistral qaz kəmərində qəza baş verib.

Publika.az xəbər verir ki, qəza nəticəsində "SOCAR Georgia Gas" şirkətinin Batumi şəhəri, Xelvaçaursk bələdiyyəsi və Sarpi qəsəbəsindəki 53 min abonenti qazsız qalıb.

Qəzanın su kəmərlərində aparılan təmir işləri zamanı baş verdiyi bildirilir. "SOCAR Georgia gas" şirkətinin Acariya üzrə nümayəndəsi deyib ki, təmir briqadası artıq qəzanın nəticələrini aradan qaldırmağa başlayıb və bu gün iyunun 4-də günün birinci yarısında qaz təchizatının qismən bərpa edilməsi planlaşdırılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/201277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR