İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır...

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır...
12:27 4 İyun 2017
202 Ölkə
Ölkə mətbuatı
A- A+

2015-ci ildən başlayaraq, ölkəmizdə müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi həyata keçirilir. Ayrı-ayrılıqda bölgələr üzrə ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqları imtahan edilir.

2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. 36 min nəfər müəllim qiymətləndirmədə iştirak edib. Bu proses zamanı bir sıra müəllimlərin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib.

Və həmin müəllimlər diaqnostik qiymətləndirilməyə buraxılmayıblar.

Digər bir məqam müəllimlərin işə qəbulunun yalnız müsabiqə yolu ilə həyata keçirilməsidir ki, bununla da Təhsil Nazirliyi müsabiqədənkənar işə qəbul halları da aşkarlanıb.

Milli.Az bildirir ki, Təhsil Nazirliyindən modern.az-ın sorğusuna verilən cavabda diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin sayı açıqlanmasa da, belə pedaqoqların az olmadığı qeyd edilib.
"2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri tərəfimizdən yoxlanılıb. Və bir sıra müəllimlərin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib. Həmçinin, müəllimlərin işə qəbulu yalnız müsabiqə yolu ilə həyata keçirilir. Təhsil Nazirliyi müsabiqədənkənar işə qəbul halları ilə mübarizə aparır və belə hallar aşkar olunduqda nazirlik tərəfindən tədbirlər həyata keçirilir",-nazirlikdən bildirilib.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl bəzi bölgələrdə keçirilən diaqnostik imtahandan sonra müəllimlərin müəyyən faizinin sıfır bal toplaması ilə bağlı məlumat paylaşılmışdı. Təbii ki, bu, rəsmi mənbə deyildi, imtahana nəzarət edən şəxslərdən biri belə bir məlumat yaymışdı və böyük rezenans doğurdu.

Amma nazirlik tərəfindən təsdiq olunmadı. Lakin bir neçə gün əvvəl diaqnostik imtahan nəticələri ilə bağlı müəllimlərin nəticələrinin yaxşı olmadığı və onların əmək müqavilələrinə xitam verilməsi barədə məlumat yaydılar.

Bununla bərabər böyük sayda orta məktəbdə çalışan işçilərin sənədlərinin saxta olduğu ortaya çıxdı və onlar bu imtahanlara buraxılmadı.

Modern.az-ın əldə etdiyi məlumata görə, müəllimlərin sonuncu diaqnostik imtahanında xeyli sayda müəllim sıfır nəticə göstərib. Hətta imtahanda iştirak edən 120 mindən çox müəllimin 10 minə qədərinin ixtisası üzrə 10 faizə qədər nəticə əldə etməsi barədə məlumatlar var. Bir neçə rayon məktəblərdə çalışan müəllim diaqnostik qiymətləndirmədə sıfır nəticə göstərdiyi barədə əlimizdə dəqiq məlumatlar var. 

Bu, onu deməyə əsas verir ki, heç də gələcəyimiz olan uşqlarımızı etibarlı əllərə həvalə etməmişik. Biliyi, savadı dərs demək qabiliyyəti sıfır olan müəllim təhsilimizə hansı töhfələri verə bilər?!
Birmənalı olaraq diaqnostik qiymətləndrimədən 0 nəticə əldə edənlər məktəblərdən uzaqlaşdırılmalıdır. Ən azı onların dərs dediyi şagirdlərin, Azərbaycanın gələcəyi naminə bu addım çox vacibdir. Bundan başqa belə mütəxəssis istehsal edən universitetlər barədə də ciddi ölçü götürülməlidir. Millətin gələcyini oyuna çevirənlərə ümumikdə cəmiyyət, fərd olaraq hər birimiz laqeyd qalmamalıyıq. Bu laqeydlik Azərbaycanın gələcəyini baltalayır.
PS:. Mövzunu diqqətdə saxlayacağıq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR