Səsverməni gözləmədi, əlini maşından çəkdi

Səsverməni gözləmədi, əlini maşından çəkdi
12:47 4 İyun 2017
171 Şou
Ölkə mətbuatı
A- A+

ATV-də yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar rejissor Aqil M.Quliyevi sms səsverməsinə çıxarıblar. 

Aqil M.Quliyev səs toplayarsa, hədəfinin Kənan Mahmudov olacağını bildirib.

Lakin verilişdə maraqlı anlar yaşanıb. Rejissor Kənan M.M. səsvermənin sonunu gözləməyərək əlini maşından çəkib. O, bu addımını belə izah edib: 

"Hər kəsə yaraşan bir xarakter var. Dünya malı Aqillə mənim, buradakı insanların arasına girə bilməz. Mən maşınla doğulmamışam, maşınla ölməyəcəyəm. İstəyirəm ki, maşını Aqil aparsın". 

Qeyd edək ki, Aqil M.Quliyevin səsverməsi hələ ki davam edir. O, hədəf seçməyəcəyini bildirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/551050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR