Bakıda dələduzluqla üzləşmiş şəxs polisə müraciət edib. Lent.az xəbər verir ki, Xətai rayon sakini, 1993-cü il təvəllüdlü Babakişiyev Rüfət Əli oğlu polisə müraciət edərək bildirib ki, bu ilin 2 may tarixində Fuad adlı şəxsə işə düzəlmək üçün 1500 manat pul verib. Lakin üstündən 1 ay keçməsinə baxmayaraq həmin şəxs verdiyi vədi yerinə yetirməyib və pulu geri qaytarmaqdan boyun qaçırıb.
Araşdırma aparılır.