ATV-də yayımlanan "Maşın" şounun sms səsverməsinin nəticəsi açıqlanıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar rejissor Aqil M.Quliyevi sms səsverməsinə çıxarıblar.
Tamaşaçılar 60,91% səslə rejissoru verilişdə saxlayıblar. Aqil heç kimi verilişdən kənarlaşdırmayıb. O, hədəfinin Kənan Mahmudov olduğunu və o da verilişi tərk etdiyindən heç kimi şoudan çıxarmaq istəmədiyini deyib.
Qeyd edək ki, rejissor Kənan M.M. səsvermənin sonunu gözləməyərək əlini maşından çəkmişdi.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində