Ronaldo ardıcıl 5-ci dəfə Avropanın kralı oldu

Ronaldo ardıcıl 5-ci dəfə Avropanın kralı oldu
13:07 4 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

"Real" ulduzu Kriştiano Ronaldo yenidən Çempionlar Liqasının ən yaxşı bombardiri olub. Fanat.Az xəbər verir ki, dünən "Yuventus"la keçrilən final oyununda dubl edən portuqaliyalı cari mövsümdəki qollarının sayını 12-yə çatdırıb.


O, bu siyahıda əzəli rəqibi Lionel Messini qabaqlayıb. "Barselona"nın argentinalı ulduzu cari mövsümdə 11 qola imza atıb. Ronaldo 12 qolu 1200 dəqiqədə, Messi 11 qolu 810 dəqiqədə rəqib qapılarından keçirib.


Bununla da Ronaldo ardıcıl 5-ci, ümumilikdə 6-cı dəfə Çempionlar Liqasının bombardiri olub. Portuqaliyalı ulduz 2012/13 mövsümündə 12, 2013/14 mövsümündə 17 qol vurub. O, 2014/15 mövsümündə bombardirlik yarışında Lionel Messi və Neymarla şərik olub - 10 qol. Ötən mövsüm 16 dəfə fərqlənən "Real"ın forvardı cari mövsümdə rəqib qapılarına 12 dəfə yol tapıb. Ronaldo 2007/08 mövsümündə 8 qolla bombardir olmuşdu. O, həmin vaxt "Mançester Yunayted"də oynayırdı.


Lionel Messi isə karyerası ərzində 5 dəfə Çempionlar Liqasının bombardiri olub (2008/09, 2009/10, 2010/11, 2011/12, 2014/15). Bu cütlüyü 4 dəfə bombardir olmuş alman Herd Müller izləyir (1972/73, 1973/74, 1974/75, 1976/77).


İndiyədək Çempionlar Liqasında 140 oyun keçirən Ronaldo 105 qola imza atıb. Bu turnir tarixinin mütləq rekordu hesab olunur. Onu izləyən Messi 115 oyunda 94 dəfə fərqlənib. İlk "üçlüy"ü qapayan "Real"ın digər əfsanəsi Raul Qonzales isə 142 oyunda 71 qolun müəllifi olub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldo-ardcl-5-ci-df-avropann-kral-oldu-t58514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR