Bakı. 4 iyun. REPORT.AZ/ Bu gün səhər İsveçin Syoderhamn şəhərində yerləşən qaçqın yataqxanası tamamilə yanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli TT agentliyi məlumat yayıb.
Polisə məlumat Bakı vaxtı ilə 06.00-da daxil olub. Hadisə baş verən zaman binada 60-70 nəfər adam olub. Onların heç biri zərər çəkməyib.
Yanğının səbəbləri hələ ki, məlum deyil. Polisin fərziyyəsinə görə, bu, qəsdən törədilib.